“Mançester Siti”nin əfsanəvi futbolçusu Colin Bell vəfat etdi

"Mançester Siti" nin əfsanəvi oyunçularından biri olan Colin Bell 74 yaşında vəfat edib.

Olaylar.az xəbər verir ki, klub bu yaxınlarda xəstələnən keçmiş ingilis futbolçusunun vəfat etdiyinə görə yaxınlarına və ailəsinə başsağlığı verib.

Dövrünün ən böyük ulduzlarından biri olan yarımmüdafiəçi C.Bell 1966-1979-cu illər arasında geyindiyi "Mançester Siti" forması ilə 492 matçda 152 qol vurub.

İngiltərə millisində 48 matçda iştirak edən Colin Bell, 2004-cü ildə Etihad Stadionundakı bəzi tribunaların adını daşıyıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31