Qəhrəmanlarımızı tanıyaq: XTQ-nin baş leytenantı, şəhid Valeh Bədəlov

"İki sahil" sosial şəbəkələrdə "Qəhrəmanlarımızı tanıyaq" rubrikası ilə paylaşımlar edir.

Rubrikaların birində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, "Vətən uğrunda" medalı ilə təltif edilmiş şəhid Valeh Bədəlovdan bəhs olunub.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. 2017-ci ildə Türkiyədə komando kurslarında iştirak edib. 2018-ci ildə Ordumuzun 100 illiyi münasibətilə keçirilən paradda iştirak edib, fərqlənməyə görə medalla təltif olunub. Vətən müharibəsininin ilk günündən Xüsusi Təyinatlı Qüvvələrin bölük komandiri və kəşfiyyatçısı kimi Murovdağ zirvəsinin azad edilməsinda böyük şücaət göstərib. Daha sonra isə cəbhənin cənub hissəsində Füzuli və Hadrut istiqamətində strateji yerlərin alınmasında iştirak edib. 7 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

Qəhrəmanımızın ruhu qarşısında baş əyirik!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31