3 qadın evdən 40 min lirəlik qızıl oğurladı

Türkiyənin Adıyaman şəhərində  bir mənzilə girən 3 naməlum şəxs tərəfindən 40 min turk lirəsi dəyərində qızıl və təxminən 700 turk lirəsi oğurlanıb.

Olaylar.az xəbər verir ki, şəxsiyyəti məlum olmayan 3 qadın evə giriblər. Evdə heç kim olmayanda iqamətgahın qapılarından zorla girərək 40 min turk lirəsi  dəyərində qızıl və təxminən 700 lirə oğurlayıblar.

Vəziyyəti anlayan sakinlər bir müddət sonra polisə məlumat veriblər. Hadisə yerinə gələn polislər  yaşayış yerində və ətrafında araşdırmalar aparıblar.

Qeyd edək ki, polislər naməlum 3 qadın şübhəlinin tutulması üçün cinayət işi açıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31