Nazirlik yeni dövlət istiqrazı yerləşdirib

05 yanvar 2021-ci il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0106001883 ISIN kodlu, tədavül müddəti 1092 gün olan 37.5 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, AZ0106001883 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 71.5 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 37,500,000.0 manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 97.9276 (gəlirlilik 8.2944%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 02 yanvar 2024-cü ildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31