İş yerinə dair arayışı necə əldə etmək olar?
6 Yanvar 2021 11:41 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı aktiv əmək müqaviləsi bildirişi olan hər kəsə işəgötürənə müraciət etmədən iş yerinə dair arayışı əldə etmək imkanı da yaradır. Nazirlikdən "Olaylar"a bildirilib ki, bu prosedur çox sadədir: "İlk növbədə e-sosial.az portalına daxil olur və qeydiyyatdan keçirsiniz. Daha sonra e-xidmətlər pəncərəsindən "İş yerinə dair arayış" bölməsini seçir və lazım olan məlumatları sistemə daxil edirsiniz. Beləliklə, istənilən vaxt və daha asan, sürətli və rahat şəkildə həmin arayışı əldə edirsiniz".
Məlumatda o da bildirilir ki, ötən il e-sosial.az portalına iş yerinə dair arayış əldə edilməsi üçün 385880 müraciət qeydə alınıb.Nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətləri özündə cəmləşdirən e-sosial.az portalında həmçinin 30 e-arayış xidməti də əhalinin istifadəsindədir. Nazirlik həmçinin "İş yerinə dair arayış" ilə bağlı ətraflı məlumat almaq üçün hazırlanan videoçarxı təqdim edib:
https://www.youtube.com/watch?v=CC5RZO2gZxU&feature=youtu.be