Bitkoinin qiyməti 35 min dolları ötdü
6 Yanvar 2021 10:42 SosialDünyanın ən populyar kriptovalyutası olan bitkoin rekord həddə bahalaşmaqda davam edir. "Olaylar" xəbər verir ki, bitkoin son sutka ərzində 11 faizdən çox bahalaşaraq 35 min dollar həddini keçib. Kriptovalyutanın alqı-satqı qiyməti 35 887 dollaradək çatıb.
Qeyd edək ki, ötən həftəsonu bitkoinin qiyməti 30 min dollaradək azalsa da, yenidən bahalaşmaqda davam edib. Qlobal kriptovalyuta bazarının 72,1 faizi bitkoinin payına düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31