Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Olaylar" xəbər verir ki, hadisə zamanı bir nəfər xəsarət alıb. Hadisə paytaxtın Ramana qəsəbəsində baş verib.1992-ci il təvəllüdlü Namazova Simurə Arzuman qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31