Deputatlarımız Qırğızıstanda prezident seçkilərini müşahidə edəcəklər
5 Yanvar 2021 13:56 SosialMilli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yanvarın 8-də bu ölkənin paytaxtı Bişkekə səfər edəcəklər. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, deputat Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə, millət vəkili Fazil Mustafa TÜRKPA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər. Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçicilərin fəallığını müşahidə edəcəklər. Səfər yanvarın 13-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31