Deputat İlham Məmmədov şəhid ailələri və qaziləri ziyarət edib
5 Yanvar 2021 12:58 SosialYeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov növbəti dəfə Yevlax rayonu Səmədabad kəndində Vətən Müharibəsi şəhidi, polkovnik-leytenat Soltan Məmmədovun, Qarabağ qazisi Fəqan Məmmədovun, həmçinin rayonun Çobankərə kəndindən qazi Yavər Həsənovun, Kolanı kəndindən şəhid Sənan Səmədlinin, Malbinəsi kəndindən şəhid Seymur Həsənlinin və Yevlax şəhərindən Vətən müharibəsi şəhidləri Nicat Quliyevin, Nicat Səfərovun ,Cavid Təhməzovun, Yusif Yusifbəylinin, həmçinin qazi Elmir Mənsimovun evlərində olub, Şəhidlərin valideyinlərinə başsağlığı verib.
Millət vəkili şəhid ailələrinə, onların valideynlərinə qəhrəman övladlarının vətənin azdlığı, bütövlüyü kimi müqəddəs bir yolda qəhrəmancasına döyüşərək şəhid olduqlarını, igid qazilərin isə bu yolda öz sağlamlıqlarından keçdiklərini vurğulayıb.
Millət vəkili Şəhidlərin və Qazilərin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib və qeyd edib ki, Azərbaycanın bütövlüyü uğrunda Şəhid və Qazi olmuş şəxslər hər zaman olduğu kimi, bu gün də ölkə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatələnib: "Bu məqsədlə cənab Prezident tərəfindən "Yaşat" Fondunun yaradılması, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətlərin məbləğinin artırlması, Heydər Əliyev Fondunun şəhid ailələrinə və qazilərə qayğılarının həllində yaxından iştirakı dövlətin diqqət və qayğısının bariz nümunəsidir"- deyə, millət vəkili vurğulayıb.
Görüş zamanı İlham Məmmədov da öz növbəsində Şəhid ailələrinin, Qazilərin qayğılarını dinləyib, yerində həll edilməsi mümkün olan məslələrlə bağlı aidiyyatı qurumlara müraciət edib, digər məsələlərlə bağlı qeydlər götürülərək, onların həlli istiqamətində müraciətlər olunacağını bildirib.