Rəşadətli ordunun şəhid Rəşadı - VİDEO

44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Ağayev Rəşad Rövşən oğludur.

O, müharibə zamanı qolundan yaralansa da, hospitalda qalmağı qəbul etməyib. "Dostlarım, qardaşlarım oradadır, mən burda qala bilmərəm", - deyib, yenidən döyüş bölgəsinə qayıdıb.

Rəşad Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını ərazidən çıxararkən şəhid olub.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31