Bakı-Sumqayıt yolunda dəhşətli qəza-ölən və yaralananlar var
5 Yanvar 2021 11:21 SosialBakı- Sumqayıt yolunda öllümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Olaylar" xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb. UAZ markalı yük maşını ilə KİA markalı avtomobil toqquşub. Nəticədə yük maşını aşıb. İlkin məlumata görə, hadisə zamanı minik avtomobilində olan iki qardaşdan biri ölüb, biri xəsarət alıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31