Bakıda 12 yaşlı qız itkin düşdü
5 Yanvar 2021 10:32 SosialPaytaxtda azyaşlı qız itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.
Evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.
Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.(milli.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31