Koronavirusa yoluxan Trend-in baş redaktorunun vəziyyəti yaxşıdır
4 Yanvar 2021 15:07 SosialTrend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun vəziyyəti yaxşılaşır, süni tənəffüs aparatından ayrılıb, tezliklə palataya köçürülməsi planlaşdırlır.
Bunu Trend-ə baş redaktorun ailəsindən bildiriblər.
Qeyd olunub ki, R.Hafizoğlunun vəziyyətindəki yaxşılaşma davam edir.
"Hərarəti və təzyiqi normaldır, nəfəsalması normallaşır, hazırda bərpa olunma mərhələsindədir, tezliklə palataya köçürülməsi planlaşdırlır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31