Paytaxtda 554 küçə dezinfeksiya edilib

Koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 18-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

BŞİH-dən   bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilib.

Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31