Keçən il 3 048 tələbə köçürülməsi aparılıb
2 Yanvar 2021 14:46 SosialKeçən il Azərbaycanda tələbələrin köçürülməsinin nəticələri məlum olub.
"OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2020-ci ildə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi həyata keçirilib.
Bildirilib ki, transfer.edu.az portalı vasitəsilə ali təhsil üzrə 2 625, orta ixtisas təhsili üzrə 423 nəfər olmaqla 3 048 tələbənin müraciəti təmin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31