Bakıda 6 otaqlı evdə YANĞIN

Bakı şəhərinin Sabunçu rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 102 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağının yanar konstruksiyaları 12 m² sahədə və digər otağın tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31