Azərbaycan xalqı Yeni ilin ilk günü Şəhidlər xiyabanına axışdı - FOTO
1 Yanvar 2021 17:49 SosialAzərbaycan xalqı 2021-ci ilin ilk gün Ermənistanın işğalı altında olan əraziləri qaytarmaq üçün müharibədə həyatlarını qurban verən əsgərlərin dəfn edildiyi Şəhidlər xiyabanına gediblər.
Bu barədə Türkiyənin "Anadolu" agentliyinin hazırladığı reportajda qeyd olunur.
2020-ci ildə 44 günlük müharibədə həyatı bahasına ölkəni qoruyan və qazanılan zəfərdə 30 illik işğalın sona çatmasına böyük töhfə verən şəhidlər Yeni ilin ilk günü unudulmayıb.
Azərbaycan bayraqları ilə qəbiristanlıqları ziyarət edən minlərlə vətəndaş qəbirlərin üstünə çiçəklər qoyub, dua ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31