Daşkəsəndə qəza: Ölən və yaralanan var

Daşkəsəndə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az-ın xəbərinə görə, hadisə Daşkəsən şəhərinin girişində baş verib.

Hərəkətdə olan "QAZel" markalı yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı maşında olan 1999-cu il təvəllüdlü Nəriman Kərimov vəfat edib, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31