Peyvənd olunan 428 nəfər koronavirusa yoluxdu

İsraildə peyvənd olunan 428 nəfər koronavirusa yoluxub.

Olaylar.az xəbər verir ki, ölkədə "Pfizer" və "BioNTech"in peyvəndi vurulan 428 nəfərdə koronavirus aşkarlanıb.

İsrail Səhiyyə Nazirliyindən bununla bağlı verilən açıqlamada bildirilib ki, onların bəziləri peyvənddən əvvəl yoluxub.

Qeyd edək ki, İsraildə kütləvi şəkildə peyvəndləmə kampaniyası çərçivəsində 500 mindən çox insana koronavirus vaksini vurulub.(sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31