31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ərəfəsində Qaradağ Rayon İcra Hakimiyyəti şəhid ailələrini və yaralıları ziyarət edir
31 Dekabr 2020 11:42 Sosial31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ərəfəsində Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına və şücaətlə döyüşərək şəhid olmuş və ya yaralanmış hərbi qulluqçularımızın ailələrinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qayğı göstərilir.
Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov Vətən Müharibəsində həlak olmuş şəhidlərin məzarlarını, sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına və şücaətlə döyüşərək şəhid olmuş və ya yaralanmış hərbi qulluqçularımızın ailələrini ziyarət etmişdir.
Şəhid ailələri ilə görüşən RİH başçısı bir daha baş sağlığı vermiş, onları narahat edən sosial problemləri dinləmiş və həlli istiqamətində müvafiq tapşırıqlar vermişdir.
Qazilərimizin səhhəti ilə maraqlanan başçı, onların sosial reabilitasiya dövründə səhhətləri ilə bağlı narahat edən bütün məsələlərinin diqqət mərkəzində olduğunu bildirmişdir.
Qeyd edilmişdir ki, şəhid və qazı ailələrinin sosial məsələləri rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir və bütün ehtiyacları barədə dərhal müraciət edə bilərlər.
Şəhid və qazı ailələrinə ərzaq yardımları edilmişdir.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik