Koronadan ölmək yaxşıdır, yoxsa vaksin vurdurmaq?.. - Professor

"COVİD-19 virusuna qarşı vaksinlər dövlət hesabına vurulmalıdır".

Bunu açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, vaksinlər vətəndaşlara xüsusi bir yerdə vurulmalıdır:

"Ona görə ki, vaksinlərin saxlanması üçün xüsusi şərait, minimal tepmeratur rejimi lazımdır. Bu vaksinlər həmin rejimdə saxlanılmasa, inaktivasiya oluna bilər. Yəni, istəlinən halda vaksinlər hər yerə paylansa, onun saxlanma şərtləri pozula bilər. Vaksinlər ilk növbədə risk qrupuna aid olan şəxslərə - həkimlər, tibb işçiləri, xəstə ilə kontakda olan texniki heyət, 65 yaşdan yuxarı, yanaşı ağır xəstəliyi olan şəxslərə vurulmalıdr. Sonra isə xəstəliyi keçirməyən şəxslərə vurulmalıdır".

Professor bildirib ki, əgər vaksinlərin saxlanma şərtlərinə düzgün əməl edilməsə, təsirlərini itirəcək.

Adil Qeybulla onu da əlavə edib ki, vaksinin yan təsirləri ilə bağlı deyilənlərin hamısı əsassızdır:

"Vaksinasiya vacibdir. Koronadan ölmək yaxşıdır, yoxsa vaksin vurdurmaq? Uzağı yerində  qızartı olacaq və alergiya verə bilər. Orqan və toxumalara heç bir yan təsiri yoxdur".(qaynarinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31