Amin Musayev və Bayram Kərimov da evə buraxıldılar

Erməni əsirliyindən qaytarılan Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimov da müalicə olunaraq ev buraxılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Trend-ə A.Musayevin ailə üzvləri məlumat verib.

Bildiriblər ki, artıq Amin Musayev evə buraxılıb: "Özü zəng eləmişdi evə. Dedi ki artıq evə buraxılıblar. Ailə üzvlərimiz getdilər qarşılamağa, vəziyyəti normaldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31