Azərbaycanda qadınların 70,8 faizi telefon işlədir
30 Dekabr 2020 13:26 Sosial"Azərbaycanda mobil telefondan istifadə edən qadınların sayı 70,8 faizdir". "Olaylar" xəbər verir ki, bu barədə Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Bahar Muradova illik hesabatı təqdim edərkən deyib. O, qeyd edib ki, bu göstərici kişilərdə 77,3 faizdir: "Ölkə üzrə internetdən istifadə edənlərin ümumi göstəricisi 79.8 %-dir. Bu sahədə gender bölgüsünə gəldikdə isə qadınlar 76 %, kişilər isə 83,7 % təşkil edib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31