Deputat bəzi siyasi partiya sədrlərinə irad tutdu
30 Dekabr 2020 12:07 SosialMilli Məclisin deputatı Siyavuş Novruzov parlamentin plenar iclasındakı çıxışında bəzi partiya sədrlərinin antimilli fikirlərinə münasibət bildirib. "Olaylar"ın məlumatına görə, deputat qeyd edib ki, bəzi partiya sədrlərinin adını burda çəkməyi parlamentə layiq görmür: "Deyirlər ki, Şuşa əhalisi Şuşaya qayıtmaq istəmir və qorxurlar. Onların adını çəkməyi məclisə layiq bilmirəm. Halbuki Şuşa əhalisi ora qayıtmaq üçün can atır. Bu yaxınlarda orada DTX-nin şöbəsi də açıldı. Ayrı-ayrı strukturlar öz şöbələrini açıblar. Ömründə bir dəfə hərbi xidmətdə olmayan, əlində silah tutmayan adamlar belə şeylərdən danışırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31