Bakı ilk dəfə yeni ili belə qarşılayır - Boş qalan parklar, şaxta babasız, "yolka"sız... - FOTOSESSİYA
29 Dekabr 2020 17:38 SosialDekabrın 29-u olmasına baxmayaraq paytaxtda qətiyyən bayram ab-havası yoxdur. Bu həm koronavirus pandemiyasının gətirib çıxardığı karantin vəziyyəti ilə, həm də İkinci Qarabağ müharibəsinin yeni bitməsi ilə bağlıdır.
Şəhərdə bircə dənə də olsun şaxta baba yoxdur, təkcə bir yerdə, Azneft meydanında "yolka" qurulub. O da ki, çox sadə bəzədilib.

Uzun müddət sonra Bakı ilk dəfə Yeni ili belə qarşılayır. Bütün restoran və mağazalar bağlıdır. SMS icazə sisteminə görə parklarda demək olar ki kimsə yoxdur. Bu ilin mart ayında Novruz bayramı üçün "Targovıy"da qurulan yarmarka evləri hələ də sökülməyib. Bu il hər il olduğu kimi bulvarda atəşfəşanlıq da olmayacaq.
Olaylar.az son günlər Bakıda çəkilən fotoları təqdim edir:







milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31