DSMF-nın büdcə layihəsi 3-cü oxunuşda qəbul edildi
29 Dekabr 2020 12:01 SosialDövlət Sosial Müdafiəsi Fondunun (DSMF) dövlət büdcəsində gələn il üçün gəlir və xərcləri bərabər olaraq 5 milyard 146 milyon 30 min 160 manat məbləğində müəyyən edilib. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 milyard 631,5 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur. Qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31