Sahil Babayev: “Artıq 1400 fərdi ev şəhid ailələrinə və əlillərə təqdim edilib”

"Dövlət Sosial Müdafiə Fondunun büdcəsi hazırlanarkən, insanların sosial müdafiəsi əsas götürülüb. Şəhid ailələrinin, əlillərin sosial müdafiəsi ölkə başçısının nəzarəti altındadır". "Olaylar" xəbər verir ki, bunu parlamentin plenar iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, gələn il də bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub: "Artıq 1400 fərdi ev şəhid ailələrinə və əlillərə təqdim edilib. Növbəti dövrlərdə də bu proqram davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31