Paytaxtda Yeni il öncəsi böyük söküntü başlayır: - BU ÜNVANDAKI BİNALAR PLANA DÜŞÜ
29 Dekabr 2020 11:45 SosialYeni ildə Bakıda tikinti-yenidənqurma işləri davam edəcək.
BAKU.WS xəbər verir ki, paytaxtın 2 rayonu ərazisində tikinti işləri sürətlənəcək.
Artıq Nərimanov rayonu ərazisində bir neçə ünvanda plana düşən evlərin söküləcəyi ilə bağlı sakinlərə müraciət olunub.
Nərimanov rayon İcra Hakimiyyətindən bildirildi ki, Ağa Nemətulla küçəsində, Heydər Əliyev mərkəzinin yaxınlığında, Xətai prospektində evlər plana düşüb. Tikintini aparacaq podratçı tikinti şirkətləri seçilib və hazırda evlərin söküntüsü ilə bağlı işlərə başlanılıb.
Yeni ildə Xətai rayonu ərazisində də yenidənqurma işləri davam edəcək. İlk olaraq qəzalı binaların söküntüsü ilə bağlı monitorinq aparılıb. Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanında isə bir bina kəskin qəzalı olması səbəbindən söküləcək.
Bundan başqa, Binəqədi, Sabunçu, Səbail rayonları ərazisində də yenidənqurma işlərinin aparılması planlaşdırılır. Həmin rayonun ərazisində yerləşən qəzalı evlərin və binaların müəyyənləşməsi üçün monitorinq aparılır.
Qəzalı tikililər aşkarlandıqdan sonra söküntü ilə bağlı vətəndaşlarla razılaşmalar əldə olunacaq və sakinlər köçürüləcək.
Sonda qeyd edək ki, hazırda Yasamal rayonu ərazisində söküntü-tikinti işləri davam edir.