Samir Şərifov: “Pandemiya digər ölkələr kimi Azərbaycana da təsir edib”
29 Dekabr 2020 11:41 Sosial"Pandemiya digər ölkələr kimi Azərbaycana da təsir edib. Bununla əlaqədar 2020-ci ilin dövlət büdcəsinin gəlirləri azalıb". "Olaylar" xəbər verir ki, bunu parlamentin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, cari ildə Azərbaycan kifayət qədər sosial-iqtisadi problemlərlə üzləşib: "Bu il həmçinin işğal altında olan torpaqlarımız işğaldan azad olunub. 2021-ci ildə qarşıda duran vəzifə Qarabağın yenidən qurulmasıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31