Koronavirus vaksini hazırlayan şirkətlərə qarşı kiberhücumlar edilir

Kaspersky Lazarus qrupunun COVID-19 tədqiqatında iştirak edən təşkilatlara qarşı iki mürəkkəb hücumunu aşkara çıxarıb. "OLAYLAR" xəbər verir ki, qabaqcıl zərərverici vasitələrin tətbiq edildiyi insidentlərin qurbanları Asiya ölkələrindən birinin səhiyyə nazirliyi və vaksin istehsalı və tadürükü ilə məşğul olan bir əczaçılıq şirkəti  olub.

Bir dövlət qurumunun iki Windows serveri Kaspersky-yə wAgent adı ilə məlum olan mürəkkəb bir zərərli proqram vasitəsilə 27 oktyabrda təhlükəyə məruz qalıb. Serverlərin yoluxdurulması əvvəllər Lazarus qrupu tərəfindən kriptovalyuta şirkətlərinin şəbəkələrinə nüfuz etmək üçün istifadə edilən eyni sxem əsasında həyata keçirilib.

Kaspersky-yə görə peyvənd istehsalçısına hücum 25 sentyabrda başlayıb. Həmin hücum daha öncə bir proqram təminatı istehsalçısı şirkətin tədarük zəncirinə edilən bir hücumda görülən Bookcode adlı zərərli proqramdan istifadə edilərək həyata keçirilib. Əvvəllər Lazarus qrupu həm də fişinq və saytlara hədəfli hücum üsullarından istifadə edirdi.

"Bu iki hadisə Lazarusun COVID-19 ilə əlaqəli məlumatlar topladığını nümayiş etdirir, baxmayaraq ki, qrup ilk növbədə maddi maraqları ilə tanınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31