Azərbaycana gətiriləcək vaksin və onun şprisləri 2 il müddətində vergidən azad olunur
28 Dekabr 2020 16:01 SosialMilli Məclisin bugünkü iclasının gündəliyinə iki məsələ əlavə olunub. "Olaylar" xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat verib. Spiker qeyd edib ki, cənab Prezident tərəfindən 2 yeni qanun layihəsi baxılması üçün Milli Məclisə göndərilib: "Bunlar təxirəsalınmaz layihələrdir".
Xatırladaq ki, bunlar Vergi Məcəlləsində və "Dövlət borcu haqqında" qanun layihəsinə ediləcək dəyişikliklərdir. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulur ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycana gətiriləcək vaksin və onun şprisləri 2 il müddətində vergidən azad olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31