Deputat: “ Birinci Qarabağ qazilərini də unutmamalıyıq”

"Veteranlar qayıtdıqdan sonra onlar işlə təmin olunmalıdır. Bununla bağlı xüsusi proqram hazırlanmalıdır". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, veteranların işlə təminatını biz həyata keçirməliyik: "Bununla bağlı problemlərlə qarşılaşa bilərik. Digər tərəfdən istər birinci Qarabağ müharibəsi veteranlarının, istərsə də ikinci Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsi gücləndirilməlidir. Heç olmasa, yaşayış minimumu həcmində onlara vəsait verilməlidir. 1-ci Qarabağ qazilərini də unutmamalıyıq. Onlara da bu həcmdə vəsait verilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31