Milli Məclis ehtiyac meyarının həddini artırdı

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib. Xatırladaq ki, 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31