Aqil Abbas həmkarlarına irad tutdu
28 Dekabr 2020 12:40 Sosial"Bayaqdan müzakirələrə qulaq asıram. Deputat həmkarlarım büdcədən müəyyən yerlərə maliyyə ayrılmasını xahiş edir. Biri deyir kanalizasiyaya bu qədər, digəri isə deyir ki, qazlaşdırmaya bu qədər ayrılsın". "Olaylar" xəbər verir ki, bunu parlamentin bu gün keççirilən plenar iclasında büdcə müzakirələti zamanı çıxışı zamanı deyən deputat Aqil Abbas bildirib ki, biz yeni müharibədən çıxmış dövlətik. Dövlət lazım olan yerlərə maliyyə ayırır: "Şəhid ailələri və qazilərimizin problemləri dövlət tərəfindən aradan qaldırılır. Düşünürəm ki, indiki halda bunlar daha əsasdır. Hər şeyə maliyyə ayrılmasını istəyirik. Danışanda deyin ki, hardan alaq. Bəlkə siz bilirsiz?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31