Deputat hərbçilərin müayinə prosedurunun sadələşdirilməsini təklif edib

"Vətən müharibəsində sağlamlığını, əmək qabiliyyətini itirən hərbi qulluqçuların maaşının 85 %-i ödənilir. Xarici ölkələrdə isə bunun 100 %-i ödənilir. Bu məsələni hökumət üzvlərinin nəzərə almasını xahiş edirəm". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, 2021-ci ilin büdcə zərfini "Zəfər layihəsi" adlandırsaq, yaxşı olardı: "Bu gün Vətən müharibəsində yaralananların hospitalda yatırlar. Onlara verilən epikriz əsasında qulluq etdiyi hərbi hissəyə getməli, yenidən qayıtmalıdır. Burdan həmin hərbi hissələrə getmək bu hərbçilər üçün çox çətindir. Bu, bir neçə nazirliyin arasında olan məsələdir. Prosedurun asanlaşdırılmasını təklif edirəm. Digər tərəfdən, nazir Sahil Babayev dedi ki, müxtəlif bölgələrdə reabilitasiya mərkəzləri açılıb. Gələcəkdə Qarabağda da belə reabilitasiya mərkəzlərinin tikilməsi, Vətən müharibəsində iştirak edən şəhid və qazi ailələri üçün pulsuz olsa, yaxşı olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31