Bu həftə Azərbaycanda 5 günlük tətil başlayır

Bu həftə Azərbaycanda Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır.

Olaylar.az-ın xəbərinə görə, dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəyliyi günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.

Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü isə bazar günüdür.

Beləliklə, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün - 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31