Qənirə Paşayeva və Arzu Bağırova qəhrəman şəhidimiz Ceyhun Həsənovun anası ilə görüşüblər

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva və RHİM İB sədri A.Bağırova qəhrəman şəhidimiz Ceyhun Həsənovun anası Səmayə Həsənova ilə görüşüblər, sizin kimi analarımızla fəxr edirik deyiblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı, Şəhid kapitan Ceyhun Həsənovun anası Səmayə Əliqulu qızı Həsənova ilə görüşüblər.

Q.Paşayeva şəhid anasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: "Əziz Şəhid anası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş qəhrəman oğulun anasısız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. 

Biz bilirik ki, sizin oğlunuz

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" yüksək adına layiq görülüb.

Ceyhun kimi vətənpərvər zabitlərimizlə hər zaman qürur duyacağıq!

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik"!

Şəhid anasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edilib.

Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31