Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma
26 Dekabr 2020 16:51 SosialAzərbaycanda koronavirus infeksiyasına 1 428 yeni yoluxma faktı qeydə alınıb, 4 255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 213 min 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 164 min 500 nəfər müalicə olunaraq sağalıb, 2454 nəfər vəfat edib. Aktiv xəstə sayı 46238 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 141 min 798 test aparılıb. Bugünkü test sayı isə 12507-dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31