DTX Cıdır düzündəki konsertin VİDEOsunu yaydı

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin Şuşada təşkil etdiyi konsertin geniş görüntüləri yayılıb.

 

Olaylar.az-ın verdiyi xəbərə görə, video DTX-nin rəsmi "Youtube" hesabında yerləşdirilib. Bildirilib ki, işğaldan azad olunmuş Şuşa şəhərində qulluq keçən hərbçilər üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə konsert proqramı keçirilib.

 

Qeyd edək ki, konsertdə xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov və əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, müğənni Azad Şabanov çıxış edib.

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31