Mərkəzi Bank “qara bazar” iddiasını qəbul etmir

Azərbaycan Mərkəzi Bankı dollarla bağlı "qara bazar" yaranması fikirlərnə münasibət bildirib. Mərkəzi Banlın mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, ölkədə valyuta satışı üzrə "qara bazar"ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan fikirlər yanlışdır: "Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir. Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31