Xudayar Yusifzadə növbəti dəfə təltif edildi

Prezident İlham Əliyevin dekabrın 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının Zəngilan, Füzuli və Xocavəndin azad edilməsinə görə təltif etməsi barədə xəbər vermişdik.

O, ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalına layiq görülüb. Oxuduğu "Vətən yaxşıdır" mahnısı ilə dastana dönən Xudayar, dekabrın 15-də "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdü.

Qeyd edək ki, 22 yaşlı Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31