BBU sosial şəbəkələrdə saxta səhifə yaradanlarla bağlı məlumat yaydı

Bakı Biznes Universitetinin rəhbərliyi  universitetin adından istifadə edərək bir sıra sosial şəbəkələrdə, eləcə də "Facebook" və "İnstagram"da saxta səhifə yaradanlar informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi sərhədsiz informasiya məkanından sui-istifadə  etməklə mətbuat və fikir azadlığına xələl gətirərək öz maraqlarını reallaşdırmağa cəhd edirlər. 

Təəssüf ki, belə xoşagəlməz hallardan biri Bakı Biznes Universitetinə qarşı baş vermişdir. Universitetin adından saxta səhifə və profillər açıb bu ali təhsil ocağının   mövqeyinə uyğun olmayan əsassız və yalan məlumatlar yaymaqla onun fəaliyyətinə kölgə salmağa cəhd göstərirlər. Bu kimi ikrah doğuran addım  günü-gündən inkişaf edən, ölkədə və beynəlxalq aləmdə ciddi uğurlar qazanan, təhsilin inkişafına, peşəkar ixtisaslı kadrların, sağlam gələcək nəsillərin yetişməsinə böyük töhfələr verən bir ali təhsil ocağının adına xələl gətirmək imkanında deyil. Bu yolu tutanlar universitetimizin və ziyalılarımızın nüfuzuna xələl gətirməyə,  universitetlə ictimaiyyət arasında qarşılıqlı və etibarlı informasiya mübadiləsinə ciddi ziyan vurmağa cəhd etməklə hüquq  pozuntusuna yol vermiş olurlar.  Belə  saxtakarlıqlara əl atanlar hər şeydən öncə  bilməlidirlər ki, bu cür  sui-istifadə hallarının hüquqi cəza mexanizmləri vardır. Belə ki,  həmin saxta səhifə və profillər silinmədiyi təqdirdə  onları yaradanlar  müvafiq dövlət orqanları qarşısında  qanunun tələbinə uyğun  şəkildə cavab verməli olacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31