Türkiyədə koronavirusa qarşı mübarizədə vacib irəliləyiş
25 Dekabr 2020 16:44 SosialBütün dünya koronavirusa qarşı mübarizə apardığı bir vaxtda Türkiyə bu istiqamətdə də qabaqcıl ölkələr sırasında yer alaraq vətəndaşlarının sağlamlıq və təhlükəsizliyinı ciddi dəyər veridyini ortaya qoyub. Belə ki, qardaş ölkə vətəndaşarına vurulacaq vaksini də artıq müəyyən edib. Maraqlı məqam isə ondan ibarətdir ki, qardaş Türkiyənin pandemiyaya qarşı mübarizə istiqamətində vətəndaşları üçün seçdiyi vaksin effektivlik baxımından daha diqqət çəkicidir. Belə ki, Türkiyə Sinovac vaksinini seçib ki, : tam yekunlaşmamış nəticələrdə 91,25 faiz effektivlik olduğu bildirilir. Elə Türkiyənin səhiyyə naziri Fahrettin Koca ötən gün keçirdiyi brifinqdə, eyni zamanda Elmi Komitənin iclasından sonra pandemiya ilə mübarizə ilə bağlı maraqlı məqamlara aydınlıq gətirib. Türkiyənin COVID-19 infeksiyasına qarşı vaksin seçimində inaktivləşdirilmiş vaksin platformasına üstünlük vermə səbəblərini açıqlayan nazir bildirib ki, bu platformada vaksin hazırlanması ən qədim metoddur və indiyədək bir çox belə vaksini Türkiyə öz təcrübəsində istifadə edib. Hər hansı vaksini seçməzdən əvvəl onu öz əhalisi arasında kliniki sınaqdan keçirməyin faydalı olduğunu nəzərə alaraq, inaktivləşdirilmiş "CoronaVac" vaksininə üstünlük verilib.
Elmi Komitənin təmsilçisi professor Serhat Ünal isə qeyd edib ki, sentyabr ayından etibarən başlayan 3-cü faza kliniki sınaqların aralıq nəticələri artıq hazırdır. Minlərlə könüllü arasında aparılan bu tədqiqat mərhələsində iştirakçılardan cəmi 40 nəfər virusa yoluxarsa, tədqiqat mərhələsi yekunlaşacaq. Hazırda cəmi 29 nəfər yoluxub ki, onlardan 26 nəfər həqiq vaksin deyil, "placebo" vurulmuş şəxslər olub. Digər 3 nəfər isə həqiqi peyvənd vurulsa da, hazırda tədqiqatın nəticələrinə əsasən, 7300-dən artıq könüllü arasında cəmi 3 nəfər peyvənd olunmuş şəxsdə PCR testlərinin nəticəsi pozitiv çıxıb. Həmin 3 nəfər isə yüksək riskli şöbələrdə çalışan səhiyyə işçiləri olunub.
Beləliklə, Sinovac şirkətinin hazırladığı "CoronaVac" vaksininin Türkiyə üzrə aralıq nəticələri 91,25% effektivlik göstərib. Nazir Koca bu rəqəmin yekunda daha da yüksək olacağını gözlədiklərini qeyd etmişdir. Xatırladaq ki, ÜST tərəfindən bir vaksinin minimum 50% effektiv olması yetərli sayılır.
Dekabrın 5-dən hazır olan 3 milyon doza vaksinin bu həftənin sonundan etibarən artıq Türkiyəyə gətirilməsinə icazə verilib. Ümumilikdə, Sinovac şirkəti fevral ayına qədər Türkiyəyə 50 milyon doza vaksin göndərəcək. Bu vaksinlərin türkiyəyə həm də dünya bazar qiymətindən nisbətən aşağı qiymətə təchiz ediləcəyi bildirilib.
Göründüyü kimi, vaksinin müsbət təsirləri baxımından da Türkiyə dünyada qabaqcıl yerlərdən birini tutur. Yuxarıda da qeyd etdiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatı özü belə vaksinin yalnız 50 faiz insanda müsbət təsir göstərə biləcəyini açıqlayıb. Lakin Türkiyənin seçdiyi "CoronaVas" vaksinin müsbət effekti 90 faizdən belə artıq göstərilir. Bu da onu deməyə əsas verir ki, 1 ildən artıq müddətdə dünyanı böyük bir fəlakətə sürükləyən koronavirus pandemiyasına qarşı ən effektli mübarizə üsulu yenə də Türk dünyasından irəli sürülüb. Eyni ilə qlobal səviyyədə bu virusa qarşı mübarizədə həmrəylik nümayiş etdirmək təşəbbüsü və çağırışı da hələ pandemiya ilk yayılmağa başladığında digər bir türk dövlətindən irəli sürülmüşdü. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir neçə dəfə beynəlxalq təşkilatlar, hətta BMT-nin pandemiya ilə bağlı toplanmasına təşəbbüs göstərmiş və buna nail olmuşdu. İndi də Türkiyə dünyaya nümunə rolunu oynayır. Bir sözlə türklərə, türkdilli dövlətlərə, xüsusilə də Azərbaycan və Türkiyəyə qarşı bir qayda olaraq düşmənçilik zəminindən yanaşan əksər dünya dövlətləri, Avropa ölkələri bu gün Azərbaycan və Türkiyə kimi türk dövlətlərinin koronavirusa qarşı effektli mübarizəsindən bəhrələnmək ərəfəsindədirlər.
O ki, qaldı Türkiyənin öz vətəndaşlarına qarşı tətbiq edəcəyi vaksinin qardaş dövlət üçün mənfəətinə, ilk növbədə dünyada Türkiyənin insanpərvər, öz vətəndaşı ilə yanaşı bəşəriyyəti də xilas etmək gücündə, qüdrətində olan ölkə imicini formalaşdıracaq. Digər tərəfdən vaksinin böyük bir müsbət effekt yaratması qısa müddətdə qardaş ölkədə pandemiya səbəbindən fəaliyyəti qadağan olunmuş sahələrin bərpa olunacağına, həmçinin turizm sektorunun yenidən dirçələsəyinə ümid yaradır.
Füzuli
Olaylar.az