Xaçmazda minik avtomobili yük avtomobili ilə toqquşub
25 Dekabr 2020 15:23 SosialXaçmazda yük avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Xaçmaz rayonunda "ВАЗ" markalı minik avtomobilinin "Volvo" markalı iki yük avtomobilinin arasında sıxılıb qalması barədə məlumat daxil olub. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Keçirilən tədbirlər nəticəsində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31