Biləsuvar gömrük postunda bayrağımız 35 metr hündürlükdə dalğalanacaq

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda 35 metr hündürlüyündə yeni bayraq dirəyi quraşdırılıb və dekabrın 24-də üçrəngli bayrağımız ucaldılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Olaylar"a bildirilib ki,  Azərbaycan Respublikasının Dövlət Bayrağı postda xidmət edən Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən rəsmi mərasimlə havaya qaldırılaraq dalğalandırılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Eyni zamanda, Biləsuvar gömrük postu ərazisində dövlətimizin atributlarının əks olunduğu məlumat lövhəsi də yenilənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31