Bakı şəhər sakinində silah-sursat aşkarlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.İsmayılzadə şəhər ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan "MC-21-12" markalı ov tüfəngi və 17 ədəd patron aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31