Göyçayda məktəbdən Oğurluq edildi
25 Dekabr 2020 13:43 SosialGöyçayda məktəbdə oğurluq hadisəsi baş verib. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon ərazisindəki tam orta məktəblərin birindən 2 000 manat dəyərində kompüter avadanlıqları, generator, musiqi mərkəzi, elektrik qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri R.Adilov və T.Həsənov saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31