Qanunsuz ov edənlər saxlanılıb
Cəlilabad və Şabran sakinlərindən qanunsuz silahlar götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar” verilən xəbərə görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 24-də Uzuntəpə kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri S.Həsənov və E.Qurbanov saxlanılıblar.
25 Dekabr 2020 13:32 SosialCəlilabad və Şabran sakinlərindən qanunsuz silahlar götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar" verilən xəbərə görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 24-də Uzuntəpə kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri S.Həsənov və E.Qurbanov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan "TOZ-12" və "TOZ-16" markalı ov tüfəngləri və 8 ədəd çöl quşu götürülüb.
Eyni zamanda Şabran rayonu, Əmirxanlı kəndi ərazisində isə qanunsuz ov edən kənd sakini R.Məmmədov saxlanılıb. Ondan "MR-155" markalı ov tüfəngi və 4 ədəd patron götürülüb.