AzTV TRT ilə birgə uşaq kanalı açacaq

AzTV Türkiyənin TRT kanalı ilə birgə uşaq kanalı yaratmağı planlaşdırır.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin ( AzTV) sədri Rövşən Məmmədov televiziyanın 2019-2020-ci illər üzrə hesabatını təqdim edərkən bildirib.

O qeyd edib ki, bununla bağlı AzTV-yə TRT tərəfindən müraciət edilib: "TRT-nin istəyi odur ki, bu, AzTV ilə birgə hazırlansın. Lakin bizə bunun üçün zaman və güclü heyət lazımdır. Texnikalar alınmalıdır, layihələr işlənməlidir.

Bu proses azı 3-4 il çəkir. Uşaq televiziyası ən çox maliyyə aparan kanaldır. Təkcə uşaq cizgi filminin hazırlanmasının 1 dəqiqəsinin qiyməti təxminən 1000-2000 manat vəsait tələb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31