Qubadlının azad edilməsi ilə Oleq Babakın ruhu şaddır - VİDEO
25 Dekabr 2020 12:24 SosialQəhrəmanlar dinindən, dilindən və millətindən asılı olmayaraq hər zaman bir amal üçün yaşayırlar. Haqq ədaləti bərpa etmək. 29 il əvvəl qubadlıda qəhrəmanca döyüşərək yüzlərlə azərbaycanlının həyatını xilas edən ukrayna vətəndaşı oleq babak da elə bu amal uğrunda öz həyatını qurban verdi.o azərbaycanlıları qətlə yetirmək istəyən 70 erməniyə qarşı son mərmisinə qədər döyüşdü. Elə bu şücaətinə görə də sovet ittifaqı qəhrəmanı adını alan sonuncu şəxs oldu. Bu gün isə onun ailəsinin ən sevincli günüdür. Oleqin vuruşduğu o torpaqlar azaddır.
Olaylar.az xezerxeber.az-a istinadən bildirir ki, Qubadlının Yuxarı Cibikli kəndininin sakinlərini mühasirədən çıxararaq şəhid olan sonuncu sovet ittifaqı qəhrəmanı Oleq Babakın ailəsi bu gün elə Qubadlılar qədər sevinclidir.
Oleq Babakı Qubadlının Yuxarı Cibikli kəndininin sakinlərinin hər biri çox yaxşı tanıyır. 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilir. Burda yerli kənd camaatı ilə birgə erməni silahlılarının mühasirəsinə düşür. Oleq Babak Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayaraq sona qədər onlarla döyüşür.
Bakı Slavyan Universitetinin müəllimi Yaşar Alxasov Ukraynada olduğu müddətdə sonuncu sovet ittifaqı qəhrəmanının ailəsini taparaq onlarla görüşür.Oleqin xilas etdiyi Qubadlı sakinlərinin adından ailəsinə təşəkkür edir.Qubadlının azad olunması isə hər bir Azərbaycanlı kimi Oleqin ailəsini də sevincə qərq edir.
Azərbaycanın Xarkovda fəxri konsulu Əfqan Salmanov Qubadlı azad olunan vaxt Oleqin ailəsinə baş çəkir və onların sevincinə şərik olur.
https://www.youtube.com/watch?v=gkoLriQ9soo